Türkiyədə 17 min verənlər əsgərliyə getməyəcək

Kateqoriya məlum deyil
T
Türkiyədə minlərlə gəncin həyəcanla gözlədiyi ödənişli hərbi xidmət haqqı rəsmən açıqlandı.
Sfera.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi cari ilin növbəti dövrü üçün müəyyən olunan yeni tarifləri ictimaiyyətə təqdim edib. İnflyasiya və məmurların maaş artımı əmsalı hərbi xidmət puluna birbaşa təsir göstərib.
Yeni qaydalara əsasən, hərbi xidmətdən ödənişli əsaslarla yararlanmaq istəyən vətəndaşlar artıq 472 min 653 türk lirəsi ödəməli olacaqlar. Bu rəqəm indiyə qədər qeydə alınan ən yüksək məbləğ kimi tarixə düşüb.
Azərbaycan manatı ilə hesabladıqda Türkiyədə əsgərlikdən azad olunmağın qiyməti bizim pulla təxminən 17 min 960 manata bərabərdir.
Bu qərar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub./metbuat
Açar sözlər:
