ABŞ tarixində ən böyük atəşfəşanlıq keçiriləcək

ABŞ tarixində ən böyük atəşfəşanlıq keçiriləcək
Kateqoriya məlum deyil
T

ABŞ-ın paytaxtı Vaşinqtonda Müstəqillik Günü münasibətilə keçiriləcək atəşfəşanlıq bu il əvvəlkilərdən tamamilə fərqli olacaq.

Gün batdıqdan sonra səmada 850 min fişəng partladılacaq ki, bu da tarixdəki ən böyük atəşfəşanlıq nümayişi kimi rekord qıra bilər.

Sfera.az xəbər verir ki, möhtəşəm şounu beş nəsildir fəaliyyət göstərən “Pyrotecnico” ailə şirkəti hazırlayır. Şirkət əvvəllər də “Super Bowl kimi” iri tədbirlərdə və məşhur musiqi konsertlərində xüsusi effektlər təqdim edib. İndi isə ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə indiyədək ən böyük layihəsini həyata keçirməyə çalışır. Şirkətin prezidenti Rokko Vitale mediaya açıqlamasında:


“Bu, indiyə qədər hazırladığımız ən böyük şoudur”-deyə bildirib. Vitalenin sözlərinə görə, atəşfəşanlıq onların ailə ənənəsinin bir hissəsidir və uşaqlıq xatirələrinin böyük hissəsi Müstəqillik Günü tədbirləri ilə bağlıdır.

Qeyd edək ki, şouya hazırlıqlar hələ yanvar ayından başlayıb. Bütün nümayiş əvvəlcədən kompüter proqramlarında simulyasiya edilib. İndi isə plan real səhnədə həyata keçiriləcək. Atəşfəşanlıq Potomak çayı üzərində yerləşdirilmiş 8 barjadan buraxılacaq. Hər buraxılış nöqtəsi GPS-lə idarə olunan rabitə sistemi ilə təchiz olunub. Şou üçün təyin olunan vaxt çatdıqda bütün sistem avtomatik və tam sinxron şəkildə işə düşəcək.

Tədbirin təşkilatçıları bildiriblər ki, ABŞ Prezidenti tədbirdə çıxış etdikdən sonra rəsmi hissə sona çatacaq və atəşfəşanlıq başlanacaq. Milli Mall ərazisinə yüz minlərlə tamaşaçının gələcəyi gözlənilir. Bu nümayiş yalnız Müstəqillik Gününü qeyd etmək deyil, həm də ABŞ-ın 250 illik yubileyinə həsr olunmuş ən möhtəşəm tədbirlərdən biri hesab olunur və dünya rekordu qırmağa namizəddir.


PAYLAŞ