Makron 17 il sonra bunu ilk dəfə edəcək

Makron 17 il sonra bunu ilk dəfə edəcək
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.

Sfera.az xəbər verir ki, Suriya Prezidentinin mətbuat xidmətinin məlumatına görə, onun ikitərəfli münasibətləri gücləndirmək üçün danışıqlarda iştirak edəcəyi gözlənilir. Dəməşq və Paris üçün maraqlı olan regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Müzakirələr ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldiyi üçün Makronu investorlar və Fransa şirkətlərinin nümayəndələri müşayiət edəcək. Fransa lideri, həmçinin, suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşəcək.

Əş-Şaraa 2025-ci ildə Makronun dəvəti ilə Parisə səfər edib. İki lider Yelisey Sarayında münasibətlərin və əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Fransa prezidenti kimi sonuncu dəfə Suriyaya 2009-cu ildə Nikola Sarkozi səfər etmişdi. Beləliklə, Makron 2024-cü ilin sonunda hakimiyyət dəyişikliyindən bəri respublikaya rəsmi səfər edən ilk Qərb lideri olacaq.


PAYLAŞ