Rusiyada benzin üçün növbə gözləyənlərə yemək verilir

Kateqoriya məlum deyil
T
Rusiyanın Zabaykalye regionunda yanacaqdoldurma məntəqələrində uzun növbələrdə gözləyən insanlar üçün yemək təşkil edilir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, regional hakimiyyət orqanları yanacaqdoldurma məntəqələrində günlərlə gözləməli olan sürücülərə isti yeməklər təşkil edir və su verir.
Hakimiyyət orqanları həmçinin yanacaqdoldurma məntəqələrində elektron növbə sisteminin tətbiqini də nəzərdən keçirir.
Açar sözlər:
