Əraqçinin Əli Xamenei haqda dediyi bu sözlər gündəm oldu

İranın xarici işlər naziri Abbas Araqçi mərhum ali liderin əsas xüsusiyyətlərindən birinin ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönələn siyasət olduğunu deyib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, bu xüsusiyyət həm tərəfdarları, həm də siyasi rəqibləri tərəfindən qəbul edilirdi.
“O, hər zaman İranı və İran xalqını güclü, qürurlu və beynəlxalq arenada nüfuz sahibi görmək istəyirdi. Böyüklük arzusu isə daim müdriklik və praqmatizmlə uzlaşırdı. Qəbul etdiyi qərarlar qətiyyətli olmaqla yanaşı, həmişə ölçülüb-biçilmiş olur və dövlətin ali maraqlarına əsaslanırdı”, – deyə Araqçi vurğulayıb.
Nazir əlavə edib ki, məhz həmin ali liderin rəhbərliyi dövründə İran İslam Respublikasının diplomatiyasının əsasını təşkil edən və bu gün də ölkənin xarici siyasət kursunu müəyyənləşdirən üç fundamental prinsip – “izzət, hikmət və məsləhət” formalaşdırılıb və dövlət siyasətində təsbit edilib./globalinfo
