Rusiyanın İsveçdəki səfirliyi PUA hücumuna məruz qaldı

Rusiyanın İsveçdəki səfirliyi PUA hücumuna məruz qaldı
Kateqoriya məlum deyil
T

Rusiyanın İsveçdəki səfirliyi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə daha bir hücuma məruz qalıb. Bu hücumlardan birində partlayıcı qurğu olub.

Sfera.az xəbər verir ki, bu barədə diplomatik missiya “Telegram” kanalında paylaşım edib. Paylaşımda deyilir: "İsveçdəki Rusiya səfirliyi pilotsuz uçuş aparatları ilə daha bir hücuma məruz qalıb. Bir kvadrokopter diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya olan qutu atıb, digəri isə partlayıcı qurğu quraşdırılmış saxta dron isə görünür, təsadüfən Rusiya səfirliyi binasının yanında yerləşən ərazimizə düşüb".

Səfirlik hücumu Rusiya missiyasını qorxutmaq üçün açıq bir cəhd kimi qınayıb və davam edən hücumlar və onların nəticələri üçün tam məsuliyyətin İsveç tərəfinin üzərində olduğunu vurğulayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ