Türkiyə boğazlarda tranzit haqqını artırdı

Türkiyə boğazlarda tranzit haqqını artırdı
Kateqoriya məlum deyil
T

Bu gündən Türkiyə beynəlxalq gəmilərin Bosfor və Dardanel boğazlarından keçidi üçün tranzit haqqını təxminən 15% artırır.


Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi qərar qəbul edib.

Məlumata görə, dəyişikliyə əsasən, hər tona görə rüsum 5,83 dollardan (təxminən 9,90 AZN) 6,7 dollara (təxminən 11,30 AZN) qaldırılacaq.

Hesablama isə gəminin xalis tonnajına əsasən aparılacaq.

Bu tarif 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.

Nazirliyin məlumatına görə, gəmilərin tranzitindən əldə edilən gəlirlər 2024-cü ilin iyulundan 2025-ci ilin iyununa qədər olan dövrdə 223 milyon dollar təşkil edib. Arxada qalan 1 il ərzində isə bu sahədə gəlirlər təxminən 254 milyon dollara yüksəlib.

Qeyd edək ki, 2025-ci ildə Bosfor və Dardanel boğazlarından 40 mindən çox gəmi keçib

PAYLAŞ