Tramp Netanyahunun tələbini rədd etdi

Kateqoriya məlum deyil
T
İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında İranla imzalanan atəşkəs razılaşması ilə bağlı fikir ayrılığı yarandığı iddia edilir.
Sfera.az xəbər verir ki, İsrail ictimaiyyətdən gizli saxlanılan razılaşma mətnini ABŞ-dən tələb edib. Lakin Ağ Evin Netanyahunun sənədi ictimaiyyətə sızdıra biləcəyindən narahat olaraq bu tələbi geri çevirdiyi bildirilir.
Bunun fonunda İsrail ordusunun cənubi Livana hücumlarını artırdığı qeyd olunur. Ordu bölgədəki bəzi yaşayış məntəqələrini hava və quru əməliyyatları ilə hədəfə alıb. \\azxeber.com
Açar sözlər:
