“Vaşinqton İranın neft ehtiyatlarına nəzarət etməyi planlaşdırır” - ABŞ rəsmisi

ABŞ İranın geniş neft ehtiyatları üzərində nəzarəti ələ keçirməyə ümid edir.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin Enerji Dominantlığı Şurasının direktoru Karrod Egen “Fox Business” telekanalına müsahibəsində bildirib. O, İrandakı hərbi əməliyyatı “uzunmüddətli oyun” adlandıraraq Vaşinqtonun strateji məqsədlərinə diqqət çəkib.
Rəsminin sözlərinə görə, uzunmüddətli faydalar qısamüddətli xərclərdən daha çox olacaq. “Nəticədə, Hörmüz boğazı ilə bağlı problemlərdən narahat olmayacağıq, çünki bütün nefti İran hakimiyyətindən alacağıq”, – deyə o qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan sonra regionda gərginlik daha da artıb və tərəflər qarşılıqlı hücumlar həyata keçiriblər.
Niyaz Hacıyev
Sfera.az
