Dubaya ikitərəfli uçuşlar bərpa edildi - YENİLƏNİB

“Emirates” aviaşirkəti Dubaya və əks istiqamətdə həyata keçirilən uçuşların yenidən bərpa edildiyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin X sosial şəbəkəsində yayılan rəsmi məlumatda bildirilib. Açıqlamada qeyd olunub ki, bu gün üçün bileti təsdiqlənmiş sərnişinlər hava limanına yollana bilərlər. Qərar eyni zamanda Dubay üzərindən tranzit keçid edən sərnişinlərə də şamil olunur.
*****
12:22
“Emirates”aviaşirkəti Dubaya və Dubaydan həyata keçirilən bütün uçuşların növbəti rəsmi açıqlamaya qədər dayandırıldığını bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumatda deyilir: “Dubaya və Dubaydan olan bütün reyslər növbəti bildirişə qədər ləğv edilib. Sərnişinlərdən xahiş olunur ki, hava limanına gəlməsinlər. Yeniliklər olduqca əlavə məlumat təqdim ediləcək. Sərnişinlərimizin və ekipaj üzvlərimizin təhlükəsizliyi bizim üçün ən vacib məsələdir və bu, heç bir halda risk altına atılmayacaq. Anlayış və səbriniz üçün təşəkkür edirik”. Bundan əvvəl, şənbə günü səhər saatlarında KİV-də İran tərəfindən ABŞ-nin Dubaydakı hərbi bazasına zərbə endirildiyi barədə xəbərlər yayılıb. İlkin məlumatlara görə, partlayış Dubayın hava limanı ərazisində qeydə alınıb.
Fidan Hacızadə
Sfera.az
