1,2 milyard dollarlıq layihəni qiymətin üçdə birinə sata bildilər

1,2 milyard dollarlıq layihəni qiymətin üçdə birinə sata bildilər
Kateqoriya məlum deyil
T

Los-Ancelesin mərkəzində ən mübahisəli tikili halına gələn və ictimaiyyət arasında "Qraffiti Qüllələri" kimi tanınan “Oceanwide Plaza” layihəsi nəhayət satılıb. 


Sfera.az bildirir ki, Çinli investorların təxminən 1,2 milyard dollar xərclədiyi nəhəng kompleks, iflas prosedurundan sonra 470 milyon dollara əl dəyişdirir.
Layihə dəyərinin yarısından azına satılıb.

 

İllərdir tamamlanmasını gözləyən layihənin yeni sahibləri “KPC Group” və “Lendlease Corp.” arasında birgə müəssisədir. 470 milyon dollarlıq satış qiyməti layihənin ilkin dəyərinin yarısından azdır. Bildirilib ki, bu məbləğin təxminən 70 milyon dolları yığılmış vergi borclarını, təhlükəsizlik xərclərini və tikinti dövründə yaranan digər əməliyyat xərclərini ödəmək üçün nağd pul kimi ayrılacaq.

 

60%-i tamamlanan layihə üç qüllədən (biri 55 mərtəbəli, ikisi 42 mərtəbəli), 11 mərtəbəli oteldən və nəhəng elektron reklam lövhəsindən ibarətdir.


Los Angeles Lakers oyunlarına ev sahibliyi edən arenanın qarşısındakı binalar son zamanlar qraffiti rəssamlarının hədəfinə çevrildiyi üçün xəbərlərdə yer alır. Los Angeles meri Karen Bass satışdan məmnunluğunu ifadə edərək bildirib: "Oceanwide Plaza” uzun müddətdir ki, şəhər üçün gözqamaşdırıcı olub. Bu addım şəhər mərkəzinin canlandırılması və qarşıdan gələn Olimpiya və Paralimpiya tədbirlərinə hazırlıq üçün vacibdir".

 

Əgər daha yüksək təklif alınmazsa, məhkəmə 9 aprelə qədər satışa rəsmi olaraq icazə verəcək. Bu addımın şəhərin üfüq xəttini korlayan yarımçıq tikintinin tez bir zamanda başa çatdırılmasına və iqtisadiyyata qaytarılmasına imkan verəcəyi gözlənilir.

 

Aynil

PAYLAŞ