Şahzadələrin kral tədbirlərinə qatılması qadağan edildi

Şahzadələrin kral tədbirlərinə qatılması qadağan edildi
Kateqoriya məlum deyil
T

Britaniya kral sarayı 37 yaşlı şahzadə Beatris və 35 yaşlı şahzadə Yevgeniyanın rəsmi tədbirlərə qatılmasını qadağan edib.

 

Sfera.az bildirir ki, keçmiş şahzadə Endryu və Sara Ferqyusonun qızları üçün bu məhdudiyyətlər son həftələrdə yeni bir təkan alan Ceffri Epşteyn qalmaqalı fonunda tətbiq edilib. “Daily Mail”in məlumatına görə, bacıların adları bir neçə dəfə "Epşteyn sənədləri"ndə yer alıb.

 

Şahzadələrə artıq kral ailəsinin digər üzvləri ilə birlikdə nüfuzlu “Ascot” at yarışlarına qatıla bilməyəcəkləri deyilib. Qeyd edək ki, tədbir bu ilin iyun ayına planlaşdırılıb və xüsusi təmtəraqla keçiriləcəyi gözlənilir. Beatris və Yevgeniya rəsmi yürüş zamanı kral ailəsinin üzvlərinə qoşulmayacaqlar.

 

Lakin məhdudiyyətlər bununla bitməyə bilər. Mənbə bildirir ki, bu addım şahzadələri yaxın gələcəkdə bütün ictimai tədbirlərdən kənarlaşdırmaq üçün daha geniş qərarın bir hissəsidir.

 

Bir mənbə mediaya bildirib ki, kral tədbirlərinə qadağa sarayda keçirilən yüksək səviyyəli görüşlərin nəticəsidir. Mənbə həmçinin qeyd edib ki, bacılar artıq qadağa barədə məlumatlandırılıblar. 

 

“The New York Post” həmçinin şahzadələr Beatris və Yevgeniyanın titullarından məhrum edilə biləcəyini də istisna etmir.

 

Xatırladaq ki, bir müddət əvvəl  “Netflix”in keçmiş Şahzadə Endryunun həbsindən bəhs edəcək məşhur "The Crown" serialının davamını buraxacağı bildirilmişdi.

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ