İran ABŞ və İsrailə qarşı "Genişmiqyaslı Hücum Əməliyyatı" elan etdi

İran ABŞ və İsrailə qarşı "Genişmiqyaslı Hücum Əməliyyatı" elan etdi
Kateqoriya məlum deyil
T

Ali Lider Əli Xameneinin ölüm xəbərindən sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ və İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatına başladığını elan edib. Təhdidlərdən sonra bir neçə Yaxın Şərq ölkəsində partlayış səsləri eşidilib.


Sfera.az xəbər verir ki, KİV İordaniyada hava hücumu sirenlərinin səsləndirildiyini, eləcə də BƏƏ, İsrail, İraq, Qətər və Küveytdə partlayışların baş verdiyini bildirir.

 

Əl-Cəzirə xəbər verir ki, ayətullahın ölümünün rəsmi təsdiqindən sonra İran prezidenti Məsud Pezeşkian ölkənin güclü qisas almağa hazır olduğunu açıqlayıb. Pezeşkian ABŞ və İsraili təslim olmağa məcbur edəcək qədər güclü zərbələr endirəcəyi ilə hədələyib.

 

Təhdidlərdən bir neçə saat sonra Dubayda bir sıra güclü partlayışlar baş verib. Şəhərdə ən azı üç partlayış səsi eşidilib.

 

Təxminən eyni vaxtda Qətərin Doha şəhərində də partlayışlar baş verib.

 

Təhdidlərdən qısa müddət sonra İsraildə də hava hücumu sirenləri səslənməyə başlayıb. Ölkənin hava hücumundan müdafiə qüvvələri səmada İran hədəflərinə zərbə endirməyə çalışarkən Tel-Əvivdə bir sıra partlayışlar baş verib.

 

İran raketləri İraqdakı Ərbil Beynəlxalq Hava Limanındakı Amerika aviabazasına zərbə endirib. Zərbədən sonra orada yanğın baş verib.

 

İİKK-nin Yaxın Şərqdəki 27 Amerika bazasına hücumlar elan etdiyini bildirib. İran həmçinin İsrailin Tel Nof hava bazasına, Təl-Əvivdəki HaKiryadakı İsrail ordusunun komandanlıq məntəqəsinə və eyni şəhərdəki əsas müdafiə sənayesi kompleksinə zərbələr endirdiyini iddia edir.

 

İİKK həmçinin Xameneinin sui-qəsdinə görə ardıcıl, dağıdıcı zərbələr endirərək digər sərt qisas tədbirləri görəcəyinə söz verib.

PAYLAŞ