ABŞ genişmiqyaslı zərbələri davam etdirəcək

Kateqoriya məlum deyil
T
ABŞ rəsmisi “Al Jazeera” telekanalına açıqlamasında bildirib ki, Vaşinqton İrana qarşı hava və dənizdən genişmiqyaslı zərbələri davam etdirməyi planlaşdırıb.
Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, ABŞ-İsrail hücumlarının məqsədi İranın təhlükəsizlik aparatını sıradan çıxarmaqdır və əməliyyatlar hazırda yalnız İran ərazisi daxilindəki hədəflərlə məhdudlaşır.
Açıqlamada qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələri zərbələrdə iştirak edir və əməliyyatlar İsrail ordusu ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Bəsti Rəfizadə
Sfera.az
