Körfəz ölkələri hava məkanını bağladı

Körfəz ölkələri hava məkanını bağladı
Kateqoriya məlum deyil
T

Regionda artan gərginlik fonunda Qətər, Küveyt, BƏƏ hava məkanlarını müvəqqəti olaraq bağladıqlarını elan ediblər.

 

Sfera.az xəbər verir ki, rəsmi məlumatlara görə, qərar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə qəbul edilib.

 

Hava məkanının bağlanması beynəlxalq və daxili reyslərin təxirə salınmasına, eləcə də bəzi uçuşların alternativ marşrutlara yönləndirilməsinə səbəb olub.

 

Səlahiyyətli qurumlar vəziyyətin daim nəzarətdə saxlanıldığını və əlavə məlumatların ictimaiyyətə təqdim olunacağını bildiriblər. Hava məkanının nə vaxt yenidən açılacağı ilə bağlı hələlik açıqlama verilməyib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ