ABŞ-dən açıqlama: “İranın təhlükəsizlik aparatı dağıdılacaq”

ABŞ-dən açıqlama: "İranın təhlükəsizlik aparatı dağıdılacaq"
Kateqoriya məlum deyil
T

Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən həyata keçirilən birgə hava hücumlarının İranın təhlükəsizlik aparatını zəiflətməyə yönəldiyi bildirilib.

 

Sfera.az xəbər verir ki, ABŞ-li bir rəsmi “Al Jazeera” telekanalına açıqlamasında bildirib ki, əməliyyatların əsas məqsədi İranın təhlükəsizlik strukturlarının fəaliyyət imkanlarını məhdudlaşdırmaqdır.

 

Onun sözlərinə görə, zərbələr müəyyən strateji hədəfləri əhatə edir.


Rəsmi şəxs hücumların detalları barədə əlavə məlumat verməyib.


İran tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Regionda artan gərginlik fonunda vəziyyət diqqətlə izlənilir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ