Bu ölkədə sükut günü BAŞLADI

Kateqoriya məlum deyil
T
İraqda Nümayəndələr Şurasına (parlament) seçkilər ərəfəsində sükut günü başlayıb. Bu, 2005-ci ildən bəri ölkədə keçirilən altıncı parlament seçkisidir.
Sfera.az xəbər verir ki, İraq mediasının məlumatına görə, seçkilər noyabrın 9-da start götürəcək və noyabrın 11-nə qədər davam edəcək.
Bu dəfə 329 deputat mandatı uğrunda təxminən 7 min 800 namizəd mübarizə aparacaq. Sükut günü müddətində seçki təbliğatının aparılması qadağandır.
Ümumi səsvermə noyabrın 11-də keçiriləcək.






