ABŞ polisi Türkiyə vətəndaşını ÖLDÜRDÜ

ABŞ polisi Türkiyə vətəndaşını ÖLDÜRDÜ
Kateqoriya məlum deyil
T

ABŞ polisi Türkiyə vətəndaşını öldürüb.

 

Sfera.az lent.az-a istinadla bildirir ki, hadisə Florida ştatının Qaynesville şəhərində qeydə alınıb.

 

Məhkəmə türkiyəli Ali Bayhanın saxlanılması barədə qərar verib. Məlumata görə, Bayhan sosial şəbəkələrdə təhdid dolu paylaşımlar edib.

 

Məhkəmə qərarı əsasında polis əməkdaşları Bayhanın kirayədə yaşadığı evə gəliblər. Burada türkiyəli təslim olmaq tələbinə tabe olmayıb. Xüsusi təyinatlı itdən istifad əetmək istəyəndə isə əlini belinə aparıb. Onun silaha əl atmağından çəkinən polis dərhal atəş açaraq, Ali Bayhanı öldürüb.

 

Qeyd olunur ki, Ali Bayhan həmin evin qarajında kirayədə qalırmış.

 

Başqa bir məlumata görə, isə Bayhanın ailəsi onun psixoloji problemləri olması barədə məhkəməyə müraciət edib. Onlar Ali Bayhanın saxlanılması yox, məcburi müalicəyə göndərilməsini xahiş ediblər. Lakin məhkəmə bu xahişi rədd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR