Logo

Üçüncü Dünya müharibəsinin anonsu verildi

Üçüncü Dünya müharibəsinin anonsu verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ müdafiə naziri Pit Heqset dünyadakı hazırkı vəziyyəti 1939-cu illə - İkinci Dünya müharibəsinin başlandığı dövrlə müqayisə edib.

Sfera.az xəbər verir ki, bu barədə “Forbes Breaking News” məlumat yayıb.

“Bu, 1939-cu il və ya 1981-ci il anıdır - artan təhlükənin, gərginliyin anı. Düşmənlər toplanır, təhdidlər artır. Siz bunu hiss edirsiniz, mən də hiss edirəm. Müharibənin qarşısını almaq və ondan yayınmaq istəyiriksə - bunu hamımız istəyirik - o zaman hazır olmalıyıq”, - o bildirib.

Heqset ABŞ-nin düşmənlərinin əllərini yanlarına salıb oturmadıqlarını vurğulayıb.

Qeyd edək ki, 1981-ci ildə ABŞ Polşada tətbiq olunan hərbi vəziyyətə cavab olaraq SSRİ-yə qarşı sərt sanksiyalar tətbiq etmişdi. ABŞ müdafiə nazirinin bu açıqlamasının Ukraynada müharibəni davam etdirən Rusiyaya qarşı yeni sərt sanksiyaların anonsu olduğu ehtimal olunur./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR