Bu ölkədə əhaliyə talonla düyü paylanacaq

Bu ölkədə əhaliyə talonla düyü paylanacaq
Kateqoriya məlum deyil
T

Yaponiya hökuməti 43 yaşlı kənd təsərrüfatı naziri Norikadzu Sudzuki tərəfindən ilk dəfə irəli sürülən düyü talonlarının paylanması təşəbbüsünü iqtisadi tədbirlər paketinə daxil etməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki,  bir neçə gün əvvəl Sudzuki qiymət artımına qarşı mübarizə tədbiri kimi düyü talonlarının paylanmasını təklif etmişdi.

 

Məlumata görə, bəzi bələdiyyələr artıq ehtiyat vəsaitlərdən, o cümlədən müavinətlərdən istifadə edərək oxşar tədbirləri tətbiq etməyə başlayıblar.

 

Jurnalistlərin məlumatına əsasən, hökumət müavinətlərin verilməsini genişləndirməyi və tədbirlər paketinə düyü talonlarından məqsədli istifadəni əlavə etməyi planlaşdırır./Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR