NATO-nun "B" planı - 800 min əsgər yerləşdiriləcək

NATO-nun "B" planı - 800 min əsgər yerləşdiriləcək
Kateqoriya məlum deyil
T

NATO mümkün böhran və ya hərbi qarşıdurma vəziyyətində Rusiya sərhədinə 800 min əsgər və hərbi texnika yerləşdirməyi planlaşdırır.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Birgə Dəstək və Aktivləşdirmə Komandanlığının (JSEC) rəhbəri, general-leytenant Aleksander Sollfrank məlumat verib.

 

Almaniyada keçirilən "Bundeswehr" konfransında çıxış edən Sollfrank bildirib ki, Rusiya ilə mümkün münaqişə halında Almaniya NATO-nun əsas logistik mərkəzinə çevriləcək.

 

“Bir qarşıdurma baş verərsə, Almaniya NATO-nun əsas yerləşdirmə məkanı olacaq. Qısa müddət ərzində alyans ölkələrindən 800 min əsgər və hərbi texnika Almaniya üzərindən NATO-nun şərq cinahına göndərilə bilər”, – deyə o vurğulayıb.

 

Sollfrank həmçinin xəbərdarlıq edib ki, NATO qüvvələrinin hərəkəti gecikərsə və ya koordinasiyasız olarsa, Rusiyanın çəkindirilməsi prosesi uğursuz ola bilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR