Trampdan sərt reaksiya: “Cənubi Afrikada keçirilməsi biabırçılıqdır”

Trampdan sərt reaksiya: "Cənubi Afrikada keçirilməsi biabırçılıqdır"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp G20 Zirvəsinin Cənubi Afrika Respublikasında keçirilməsinə etiraz edib. 


Sfera.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək, heç bir amerikalı rəsmisinin zirvədə iştirak etməyəcəyini bildirib.

 

Tramp Cənubi Afrikanı “ağlara qarşı soyqırım törətməkdə” ittiham edib. “G20-nin Cənubi Afrikada keçirilməsi tam bir biabırçılıqdır”, – deyə ABŞ prezidenti vurğulayıb. 


O, afrikalıların holland məskunları, fransız və alman köçkünlərin nəslindən olan insanları öldürdüyünü və onların torpaqlarına qanunsuz şəkildə əl qoyduğunu iddia edib.

 

Tramp qeyd edib ki, bu insan haqları pozuntuları davam etdiyi müddətdə heç bir ABŞ hökumət nümayəndəsi zirvəyə qatılmayacaq.

 

Qeyd edək ki, G20 Zirvəsi 22–23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək.

 

Xatırladaq ki, Tramp daha əvvəl də Cənubi Afrikanın G20-də təmsil olunmasına qarşı çıxmış və zirvəyə qatılmayacağını açıqlamışdı. May ayında isə Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüşü zamanı Tramp “Cənubi Afrikada ağlara qarşı soyqırımın davam etdiyini” iddia etmiş, Ramafosa isə bu iddiaları rədd edərək ölkədə cinayət halları ilə mübarizənin bütün vətəndaşlara aid olduğunu bildirmişdi.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR