ABŞ Macarıstanı sanksiyalardan azad etdi

Macarıstan Rusiyadan neft və qaz tədarükünün qarşısını alan ABŞ sanksiyalarından tam azad edilib.
Sfera.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra deyib.
“Macarıstan “Türk axını” ilə qaz və “Drujba” kəməri üzərindən neft tədarükü ilə bağlı sanksiyalardan tamamilə azad olacaq”, - deyən Orban qeyd edib ki, bunun sayəsində Macarıstan Avropada enerji məhsulları üzrə ən aşağı qiymətləri saxlayacaq.
Vaşinqtona gedən Orban, azadlığa ümid etdiyini söyləyib.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərini onların törəmə şirkətləri ilə birlikdə noyabrın 21-də tam qüvvəyə minəcək yeni anti-Rusiya sanksiyalar paketinə daxil edib. ABŞ hesab edir ki, məhdudiyyətlər Ukrayna münaqişəsi ilə bağlı Moskvaya təzyiq göstərəcək. Bununla belə Macarıstan hökuməti qeyd edib ki, bu yeni sanksiyalar ölkənin maraqlarına zərər verə bilər, çünki o, enerji təchizatının böyük hissəsini hələ də uzunmüddətli müqavilələr əsasında Rusiyadan alır.
Firuzə Əliyeva
Sfera.az






