Logo

Ticarət mərkəzində dəhşətli yanğın oldu

Ticarət mərkəzində dəhşətli yanğın oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda yerləşən ticarət mərkəzində yanğın baş verib.

Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yeşiloba məhəlləsində yerləşən ticarət mərkəzindəki yanğın üçmərtəbəli xırdavat mağazasında başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürən maşın, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğın qısa zamanda digər mağazalara da keçib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğının baş vermə səbəbi bəlli deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR