Avropa Parlamenti bu ölkədə ofis açdı

Avropa Parlamenti bu ölkədə ofis açdı
Kateqoriya məlum deyil
T

Avropa Parlamenti Moldovanın paytaxtı Kişinyovda prezident Maia Sandunun Avropa İttifaqına inteqrasiya kursunu dəstəkləmək məqsədilə nümayəndəlik açıb. 


Sfera.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Kişinyovda Sandu ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.


“Moldovanın Avropa yolunu təsdiqləmək üçün Kişinyovda yeni Avropa Parlamentinin ofisini açmaqdan daha yaxşı addım ola bilərmi?”, – deyə Metsola bildirib və yerli siyasi, eləcə də qeyri-hökumət təşkilatları ilə dərin dialoq aparmağa söz verib.


O, Moldovanın Avropa seçiminin nümunəsi kimi sentyabrda keçirilən parlament seçkilərini göstərib, baxmayaraq ki, həmin seçkilər müxalifət qruplarının hüquqlarının geniş şəkildə pozulması ilə yadda qalıb.


Avropa Parlamentinin rəhbəri cümə günü Moldova parlamentində bütün partiyaların, o cümlədən müxalifətin iştirakı ilə danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti təkcə ayrı-ayrı partiyalar və komitələrlə deyil, həm də ölkənin qanunverici orqanı ilə bütün səviyyələrdə əməkdaşlıq etməyi planlaşdırır.


Metsola Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanma tarixi barədə suala cavabında qeyd edib ki, bu proses hər bir ölkənin fərdi məziyyətlərinə əsaslanır.


Hazırda Moldova Ukrayna ilə birlikdə Aİ-yə inteqrasiya prosesinin bütün əsas mərhələlərini birgə keçmək hüququna malik ölkələr qrupuna daxildir. Lakin Macarıstanın Qərbi Ukraynadakı macar azlığının vəziyyətinin yaxşılaşdırılmasını tələb edən vetosu səbəbindən hər iki dövlət üçün üzvlük danışıqlarının başlanması hələlik əngəllənib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR