Yaponiya bu ölkəyə etiraz etdi

Tokio Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreyaya (KXDR) sonuncu ballistik raket buraxılışına görə rəsmi etirazını çatdırıb.
Sfera.az xaricİ KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.
“Biz inanırıq ki, Şimali Koreya müxtəlif növ raket, peyk və nüvə sınaqları keçirməklə təxribat xarakterli addımlarını davam etdirə bilər”, - Kihara açıqlamasında deyib.
Yaponiyanın Dəniz Təhlükəsizliyi Agentliyi Pxenyanın ballistik raket olduğu ehtimal edilən silahı buraxdığını və səkkiz dəqiqə sonra raketin dənizə düşdüyünü açıqlayıb.
Baş nazir Sanae Takayçi bildirib ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşüb və dağıntı barədə məlumat yoxdur.
Müdafiə Nazirliyinin məlumatına görə, raket Şimali Koreyanın qərb sahilindən şərq istiqamətində atılıb, maksimum 50 kilometr hündürlüyə qalxaraq 450 kilometrdən çox məsafə qət edib. Bu, Şimali Koreyanın bu il həyata keçirdiyi altıncı ballistik raket sınağıdır. Sonuncu belə buraxılış oktyabrın 22-də baş vermişdi.
Fidan Hacızadə
Sfera.az






