Şimali Koreya ballistik raket sınağı keçirdi

Şimali Koreya növbəti dəfə ballistik raket sınağı həyata keçirib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) yayıb.
Məlumata görə, raket Şimali Pyongan əyalətinin Teqvan bölgəsindən yerli vaxtla saat 12:35-də buraxılıb. JCS-nin açıqlamasında raketin növü və uçuş məsafəsinə dair təhlillərin davam etdiyi, hələlik əlavə məlumatın açıqlanmadığı bildirilib.
Açıqlamada həmçinin ordunun mümkün növbəti sınaqlara qarşı müşahidə fəaliyyətlərini artırdığı, ABŞ və Yaponiya ilə sıx əlaqə saxladığı qeyd olunub.
Xatırladaq ki, Şimali Koreya sonuncu dəfə 22 oktyabrda, ABŞ Prezidenti Donald Trampın səfərindən bir neçə gün əvvəl Yaponiya dənizi istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxmışdı.
Bəsti Rəfizadə
Sfera.az






