Ölkənin ən gənc Baş naziri oldu

Kateqoriya məlum deyil
T
Niderlandda ölkə tarixinin ən gənc Baş naziri vəzifəsinə Rob Yetten gətirilib.
Sfera.az xəbər verir ki, 38 yaşlı Yetten yeni hökumətin rəhbəri olaraq vəzifəyə başlayıb.
O, mərkəzçi-liberal D66 partiyasının lideridir və eyni zamanda Niderland tarixində açıq şəkildə homoseksual olduğunu bəyan edən ilk Baş nazir hesab olunur.
Xatırladaq ki, Niderlandda parlament seçkiləri 29 oktyabrda keçirilib. Seçkilərdə Yettenin rəhbərlik etdiyi D66 partiyası qalib gəlib. Onun əsas rəqibi isə radikal sağçı baxışları ilə tanınan Geert Vildersin “Azadlıq naminə Partiyası” olub.
Aynur






