10 xəstəni “rahatlıq” naminə öldürdü - DƏHŞƏTLİ QƏTL

Almaniyanın Vürselen şəhərində məhkəmə tibb qardaşını 10 xəstəni qətlə yetirməkdə və daha 27 nəfəri öldürməyə cəhd etməkdə günahkar bilib.
Sfera.az xəbər verir ki, təqsirləndirilən şəxs gecə növbələrində iş yükünü azaltmaq məqsədilə xəstələrə qəsdən güclü dərmanlar — o cümlədən morfin və midazolam verib.
Prokurorluğun məlumatına görə, cinayətlər 2023-cü ilin dekabrı ilə 2024-cü ilin mayı arasında yerli xəstəxanada baş verib. O, əsasən yaşlı və ağır vəziyyətdə olan pasiyentlərə qarşı bu əməlləri törədib.
İttiham tərəfi bildirib ki, tibb işçisi xəstələrə qarşı empatiyadan məhrum olub və “həyat və ölümün ağası rolunda davranıb”. O, gecə növbələrində işini asanlaşdırmaq üçün xəstələrin həyatına son qoyub.
Təqsirləndirilən şəxs 2020-ci ildən Würselen xəstəxanasında çalışırmış, 2007-ci ildə tibbi təhsil alıb. 2024-cü ildə həmkarlarının onun növbəsində baş verən çoxsaylı ölüm halları ilə bağlı şübhələnməsindən sonra saxlanılıb.
Hazırda istintaq onun digər ölüm hadisələrində də iştirak edib-etmədiyini araşdırır, bunun üçün bir sıra cəsədlərin eksqumasiyası aparılır.
Məhkəmə cinayəti “xüsusilə ağır” hesab edib, buna görə də təqsirləndirilən şəxs 15 ildən sonra belə şərti azadlığa buraxıla bilməyəcək.
Qeyd edək ki, oxşar hadisə 2019-cu ildə Almaniyanı sarsıtmışdı. Nils Gögel adlı tibb qardaşı 85 xəstəni öldürdüyünə görə ömürlük həbsə məhkum edilmiş və müasir Almaniya tarixinin ən çox qətl törədən seriyalı qatili adlandırılmışdı.
Aynil






