Sarkozi yeməkdən İMTİNA ETDİ

Sarkozi yeməkdən İMTİNA ETDİ
Kateqoriya məlum deyil
T

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Parisdəki “La Sante” həbsxanasında sağlamlığı ilə bağlı narahatlıq keçirdiyi üçün həbsxana yeməyindən imtina edib. 69 yaşlı siyasətçi hazırda yalnız yoqurtla qidalanır.

 

Sfera.az xəbər verir ki, keçmiş prezident kamerasında ona təqdim olunan yeməkləri təhlükəsiz hesab etmir. Onun yaxın ətrafının bildirdiyinə görə, Sarkozi yeməyə nəyinsə əlavə edilə biləcəyindən ehtiyat edir.

 

“Mətbəxdə hazırlanan yeməklərə toxunmur. Kiminsə ərzaqlara tüpürə və ya daha təhlükəli bir şey qatacağına inanır”, – mənbə bildirib.

 

Qeyd olunur ki, məhbusların həbsxana komissarlığından ərzaq alıb öz yeməklərini hazırlamaq imkanı olsa da, Sarkozi bu variantdan da imtina edib. “O, hətta yumurta qaynatmağı belə bacarmır və bunu etməkdən qəti şəkildə çəkinir,” – deyə mənbə əlavə edib.

 

Məlumata görə, 21 oktyabrda həbs olunduğu gündən bəri eks-prezidentin əsas qidası yalnız yoqurtdur. Bu vəziyyət ailəsində ciddi narahatlıq yaradıb.

 

10 noyabrda məhkəmə Sarkozinin növbəti apellyasiya iclasına qədər azadlığa buraxılıb-buraxılmayacağına qərar verəcək. Ekspertlər hesab edirlər ki, onun qeyri-adi yemək vərdişləri belə məhkəmə müzakirələrinin mövzusu ola bilər.

 

Xatırladaq ki, Paris Cinayət Məhkəməsi Nikola Sarkozini 2007-ci il prezident seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya lideri Müəmmər Qəddafidən milyonlarla avro qəbul etməkdə təqsirli bilib. O, beş il azadlıqdan məhrum edilib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR