"Altın Kelebek" mükafatlandırma mərasimi təxirə salındı

"Altın Kelebek" mükafatlandırma mərasimi təxirə salındı
Kateqoriya məlum deyil
T

Bu il ən çox gözlənilən və prestijli mükafat tədbirlərindən biri olan “Altın Kelebek” mərasimi dekabr ayında keçirilməyəcək.


Sfera.az xəbər verir ki, tədbirin təxirə salınmasına səbəb “Pantene” brendi ilə olan sponsorluq müqaviləsinin başa çatmasıdır. Hazırda yeni sponsor axtarışı davam edir.


Mərasimin keçiriləcəyi yeni tarix və sponsor brendin adı hələ açıqlanmayıb. Bununla belə, “Altın Kelebek”in əvvəlki illərdə olduğu kimi Cem Davran və Çağla Şıkelin aparıcılığı ilə baş tutacağı gözlənilir.


Qeyd edək ki, “Altın Kelebek” mükafatlandırma mərasimi ilk dəfə 1972-ci ildə Türkiyədə təşkil edilib və o vaxtdan bəri media və sənət dünyasının ən nüfuzlu tədbirlərindən biri hesab olunur.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR