Logo

Vaqe Akopyan axtarışa VERİLDİ

Vaqe Akopyan axtarışa VERİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda “Ermənistan” blokundan olan keçmiş deputat və Zəngəzur (Sünik) vilayətinin sabiq qubernatoru, “Dirçələn Ermənistan” partiyasının keçmiş sədri Vaqe Akopyan axtarışa verilib.

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan KİV-i hüquq-mühafizə orqanlarına istinadla yayıb.

Məlumata görə, hadisə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında iqtisadi cinayətlər işi çərçivəsində sabiq qubernatorun qardaşı, “Təmiz Dəmir” zavodunun direktoru Karen Akopyan və Zəngəzur Mis-Molibden Kombinatının baş direktor müavini Narek Ambaryan həbs edilmişdi.

Vaqe Akopyan 2016–2018-ci illərdə Sünik vilayətinin qubernatoru, bundan əvvəl isə Zəngəzur Mis-Molibden Kombinatının inzibati direktoru olub. O, 2021-ci ildə “Ermənistan” bloku tərkibində parlamentə seçilib, lakin 2022-ci ildə mandatından imtina edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR