ABŞ tələb etdi, Türkiyə razılaşmadı...

ABŞ tələb etdi, Türkiyə razılaşmadı...
Kateqoriya məlum deyil
T

 

Türkiyə hakimiyyəti ABŞ administrasiyasının tələbinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etməyi planlaşdırmır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə rəsmiləri S-400 sistemlərinin gələcəyi ilə bağlı müəyyən güzəştlərə getməyə hazır olduqlarını bildiriblər. Lakin Ankara Vaşinqtonun Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina tələbinə razılıq verməyib.

 

Mənbələrin iddiasına əsasən, Türkiyə hakimiyyəti S-400-lərin istifadəsinə nəzarət etmək üçün birgə hərbi mexanizmin yaradılması imkanını müzakirə etməyə hazırdır.

 

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara dörd divizion S-400 sistemi alıb. 2019-cu ilin oktyabrında “Rosoboronexport” müqavilənin tam yerinə yetirildiyini elan edib. Bu sazişdən sonra Ankara ABŞ-nin yeni nəsil F-35 qırıcılarının hazırlanması proqramından çıxarılıb.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR