Ukrayna Latviyadan zirehli transportyor alıb

Ukrayna Latviyadan 21 ədəd “Patria 6x6” zirehli transportyoru alıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Denis Şmıxal məlumat verib.
Nazirin sözlərinə görə, texnikanın təhvil verilməsi bu gün Riqadakı Adazi hərbi bazasında baş tutub. Zirehli maşınlar Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri üçün nəzərdə tutulub.
Şmıxal qeyd edib ki, Kiyev bu il ümumilikdə 42 “Patria 6x6” zirehli transportyorunun hamısını alıb. Bundan əlavə, Latviya əvvəlcədən elan edilmiş hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya daha 12 ədəd “CVR(T)” tipli döyüş kəşfiyyat maşını bağışlayıb.
Qeyd edək ki, Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından sonra Ukraynanın tərəfdaş ölkələri Kiyevə silah və hərbi texnika tədarükünü əhəmiyyətli dərəcədə artırıblar. Lakin analitiklərin fikrincə, bu vəsaitlərin bir hissəsi donor ölkələrin özlərində qalır və Ukraynaya yardım proqramlarının maliyyələşdirilməsinə, eləcə də Amerika və Avropa istehsalçılarından silah və sursat alınmasına yönəldilir.
Niyaz Hacıyev
Sfera.az






