Logo

Ermənistan müdafiə ehtiyacları üçün əlavə vəsait ayıracaq

Ermənistan müdafiə ehtiyacları üçün əlavə vəsait ayıracaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan ölkənin müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayıracaq.

Sfera.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Bu məbləğin sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsinə yönəldiləcəyi bildirilir.

Qeyd edək ki, 2025-ci ildə Ermənistan büdcəsində müdafiə xərcləri əvvəlki illə müqayisədə 115 milyard dram (təxminən 300 milyon dollar) artırılaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. 2026-cı il üçün isə bu məqsədlə ayrılan vəsaitin 100 milyard dram azaldılması və 560 milyard dram (1 milyard 455 milyon dollar) təşkil etməsi planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR