135 PUA Ukraynanı hədəf aldı

Rusiya Ukraynanın bir neçə şəhərinə ümumilikdə 135 pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Zelenskinin sözlərinə görə, ötən gecə ən güclü zərbələr Dnepr vilayətinə endirilib.
Kamenski şəhərinə edilən hücum nəticəsində səkkiz nəfər xəsarət alıb, yaşayış binaları və dəmir yolu infrastrukturu zərər görüb. Dağıntılar altından beş nəfərin çıxarıldığı bildirilib.
PUA hücumları Sumı, Xarkov və Çerniqov vilayətlərini də əhatə edib. Dövlət başçısı Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Artıq Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb”,– Zelenski qeyd edib.
Fidan Hacızadə
Sfera.az






