Fələstinin bərpası üçün Fond yaradıla bilər

Fələstinin bərpası üçün Fond yaradıla bilər
Kateqoriya məlum deyil
T

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə təqdim etdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsində Dünya Bankına 2027-ci ilin sonuna qədər Fələstin anklavının bərpası üçün xüsusi fondun yaradılmasını təklif edib.

 

Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Vaşinqton artıq Qəzza ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının üzvlərinə rəsmi şəkildə paylayıb. Sənəddə Dünya Bankının Qəzza zolağının bərpası və yenidən qurulmasını maliyyələşdirmək üçün 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək xüsusi fondun yaradılması təklifi yer alıb. Məlumatlara əsasən, ABŞ rəsmiləri bazar ertəsi qətnamə layihəsini bir neçə ölkəyə təqdim ediblər.

 

Layihədə ABŞ və digər dövlətlərə Qəzza zolağında 2027-ci ilin sonuna qədər idarəetməni və təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Sənədə əsasən, beynəlxalq qüvvələr Qəzza zolağında sərhədlərin təhlükəsizliyini qoruyacaq, mülki şəxsləri və humanitar dəhlizləri müdafiə edəcək, həmçinin yeni Fələstin polis qüvvələrinin hazırlanmasına nəzarət edəcəklər. Vaşinqton administrasiyası qətnamə üzrə səsvermənin bir qədər sonra keçirilməsində və beynəlxalq qüvvələrin anklavda yerləşdirilməsinin 2026-cı ilin yanvarına qədər başlanmasında israrlıdır.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR