Rusiya bu ölkəyə raket göndərəcək

Rusiya bu ölkəyə raket göndərəcək
Kateqoriya məlum deyil
T

ABŞ donanmasının faktiki mühasirəsi altında olan Venezuela, Rusiyadan hərbi dəstək istədikdən sonra Moskvanın "Oreşnik" və "Kalibr" tipli raket sistemlərini bu ölkəyə göndərməyi nəzərdən keçirdiyi bildirilir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Rusiya ABŞ-nin Karib dənizindəki hərbi varlığını "həddən artıq güc tətbiqi” kimi qiymətləndirib.

Prezident Nikolas Maduro isə ölkəsinin çöküş həddində olan müdafiə sənayesini bərpa etmək məqsədilə Moskva, Pekin və Tehranla əməkdaşlığa çağırış edib.
Rusiyalı deputat Aleksey Juravlyov açıqlamasında qeyd edib ki, Moskva artıq Venezuelaya geniş silah arsenalı təqdim edib və daha inkişaf etmiş sistemlərin göndərilməsinə hüquqi maneə yoxdur.


“Rusiyadan nələrin daşındığı gizlidir, amerikalılar bəzi sürprizlərlə qarşılaşa bilər”, – deyə deputat bildirib.


Juravlyov həmçinin vurğulayıb ki, nüvə başlığı daşıya bilən yeni nəsil "Oreşnik" və sınaqdan çıxmış "Kalibr" raketlərinin dost ölkələrə verilməsi beynəlxalq hüquqa zidd deyil. 


Xatırladaq ki, "Oreşnik" hipersonik raketi ilk dəfə Ukraynada istifadə edilib və hədəfə çatmazdan əvvəl bir neçə kiçik raketə bölünərək geniş zərər törətmə qabiliyyətinə malikdir.


Bu məlumatlar ABŞ sənədlərinə istinadən yayılıb. Sənədlərdə Maduronun Rusiya, Çin və İran liderlərinə məktublar göndərərək radar, təyyarə baxımı və ballistik raketlər istədiyi qeyd olunur.


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bəyan edib ki, ABŞ-nin narkotiklə mübarizə bəhanəsi ilə bölgədə güc tətbiq etməsi qəbuledilməzdir.


“Bu, beynəlxalq hüququn pozulmasıdır”, – deyə Zaxarova bildirib.


Vaşinqton isə bölgədəki fəaliyyətlərini “təhlükəsizlik əməliyyatı” çərçivəsində davam etdirdiyini açıqlayıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR