Çexiya Ukraynaya yardımı azaldacaq

Çexiya Ukraynaya yardımı azaldacaq
Kateqoriya məlum deyil
T

Çexiyanın yeni hökuməti Ukraynaya göstərilən hərbi yardımı azaldacaq və münaqişənin diplomatik yolla həllinə fokuslanacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin “Patriotlar” fraksiyasından olan keçmiş deputat, ölkənin xarici işlər naziri postuna namizəd Filip Turek məlumat verib.

 

Onun sözlərinə görə, hökumət dövlət büdcəsindən maliyyələşdirilən hərbi yardımdan uzaqlaşaraq diqqətini Çexiyanın təhlükəsizlik ehtiyaclarına yönəldəcək və Ukraynada müharibənin dayandırılmasına, Avropada münaqişə riskinin azaldılmasına yönəlmiş diplomatik səylərə üstünlük verəcək.

 

Avropa İttifaqı ilə münasibətlərə də toxunan Turek, Brüsselin “ideoloji gündəmlər” yerinə yerli istehsalın gücləndirilməsinə diqqət yetirməli olduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, Avropa İttifaqının hazırkı siyasəti yüksək texnologiyalı istehsalın Çinə ötürülməsini sürətləndirir. Turek, “ANO” (Narazı Vətəndaşların Fəaliyyəti) və “SPD” (Azadlıq və Birbaşa Demokratiya) hərəkatları ilə koalisiya hökuməti quran “Motoriste” partiyasının üzvüdür.

 

Xatırladaq ki, Çexiyanın baş nazirliyinə namizəd və “ANO” lideri Andrey Babiş koalisiya sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamasında yeni hökumətin nazirlər siyahısının noyabrın sonunda açıqlanacağını bildirmişdi.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR