Nyu-York-da ilk : müsəlman mer seçildi

Nyu-York-da ilk : müsəlman mer seçildi
Kateqoriya məlum deyil
T

Nyu-York şəhərində keçirilən bələdiyyə seçkilərində Demokrat Partiyasının namizədi Zohran Mamdani qalib gələrək şəhər tarixində ilk müsəlman mer olub.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, səslərin 83 faizi sayıldıqdan sonra Mamdani 50,6 faiz səslə liderliyi ələ alıb. Onun ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomo 41,4 faiz, Respublikaçı Partiyanın nümayəndəsi Körtis Sliva isə 7,3 faiz səs toplayıb.

 

34 yaşlı Zohran Mamdani seçkilərdə qazandığı bu nəticə ilə Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşüb. Eyni gündə Nyu-Cersi ştatında keçirilən qubernator seçkilərində Demokrat namizəd Miki Şerrill səslərin 57 faizini toplayaraq qalib gəlib.

 

ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Respublikaçı rəqibi Cek Çiattarelli isə 42,5 faiz səs qazanıb. Müsəlman sosialist siyasətçi kimi tanınan Zohran Mamdani, 2025-ci il 2 iyul tarixində Demokrat Partiyasının bələdiyyə başqanlığı ön seçkilərini qazanaraq Nyu-York tarixində ilk müsəlman namizəd olmuşdu. Mamdani, Uqandadan sürgün edilən hind-müsəlman ailəsinin övladıdır. O, uşaqlıq illərini mühacirət və mübarizə hekayələri ilə keçirdiyini bildirib. Onun anası, Hindistan kinematoqrafiyasının tanınmış səsi Vasundhara Dasdır.

 

Mamdani seçki kampaniyası dövründə kira artımlarının dondurulması, ictimai nəqliyyatın pulsuzlaşdırılması və yüksək gəlirli şəxslərə əlavə vergi tətbiqi kimi sosial yönümlü vədlərlə çıxış edib. O, kira böhranına qarşı mübarizəsi və Fələstinlə həmrəy mövqeyi ilə seçilərək, Nyu-Yorkda gənc, ədalətpərvər və çoxmədəniyyətli siyasi nəsli təmsil edən simvola çevrilib.

 

Bəsti Rəfizadə

Sfera.az

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR