Makron ABŞ təzyiqlərinə görə bu sammitində iştirak etməyəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Latın Amerikası ölkələrinə göstərdiyi təzyiqlər səbəbindən Avropa İttifaqı (Aİ) və Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) Kolumbiyada keçiriləcək sammitinə qatılmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Kolumbiyanın tamamilə narkotik kartellərinin nəzarəti altında olduğunu bəyan etmişdi.
Ardınca Kolumbiya və ABŞ liderləri arasında bir sıra qarşılıqlı sərt bəyanatlar səslənib. Kolumbiya Prezidenti Qustavo Petro “Univision” kanalına müsahibəsində dünyanın ya Trampı dəyişməli, ya da ondan qurtulmalı olduğunu söyləyib. Tramp isə bu fikrə cavab olaraq Petronu “quldur və pis adam” adlandırıb, onu dilinə fikir verməyə çağırıb və əks halda həm ona, həm də ölkəsinə qarşı ciddi tədbirlər görəcəyi ilə hədələyib.
Niyaz Hacıyev
Sfera.az






