Səudiyyə vəliəhdi ABŞ-yə səfər edəcək

Səudiyyə vəliəhdi ABŞ-yə səfər edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudu qəbul edəcək. 


Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqton administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.


Məlumata görə, vəliəhdin səfəri Vaşinqtonun Ər-Riyadı İbrahim razılaşmalarına qoşulmağa təşviq etdiyi bir vaxta təsadüf edir. Ağ Ev hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib.


Xatırladaq ki, İbrahim razılaşmaları 2020–2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub. 2020-ci ildə Bəhreyn, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri normallaşdırıb, 2021-ci ildə isə Sudan yəhudi dövləti ilə diplomatik əlaqələr qurduğunu açıqlayıb. Bu müqavilələrdən əvvəl İsrailin ərəb dünyasındakı yeganə rəsmi əlaqələri Misir (1979) və İordaniya (1994) ilə idi.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR