Bu iki ölkə arasında GƏRGİNLİK: Diplomatik əlaqə KƏSİLDİ

Kateqoriya məlum deyil
T
Peru hökuməti Meksika ilə diplomatik münasibətləri dayandırıb.
Sfera.az-ın məlumatına görə, bu barədə Peru xarici işlər naziri Uqo de Sela mətbuat konfransında açıqlama verib. Nazir bildirib ki, qərarın əsas səbəbi Meksikanın Perunun sabiq baş naziri Bettsi Çavesə səfirlikdə sığınacaq verməsidir.
Çaves 2022-ci ilin dekabrında ölkədə baş vermiş uğursuz çevriliş cəhdində iştirakda ittiham olunur. Rəsmi Limanın mövqeyinə əsasən, bu addım Meksikanın Perunun daxili işlərinə müdaxiləsi kimi qiymətləndirilib.
Nazir Uqo de Sela qeyd edib ki, Meksikanın hazırkı və keçmiş dövlət başçılarının bəyanatları da ikitərəfli münasibətlərə mənfi təsir göstərib. Bununla əlaqədar Peru hökuməti Meksika ilə diplomatik əlaqələrin tam şəkildə kəsildiyini bəyan edib.






