Hər gün onlarla Hərbçi DƏFN EDİLİR -“Deyevka 2” qəbirstanlığı...

Ukraynada “Deyevka-2” adlı hərbi qəbirstanlıqda hər gün onlarla şəxsiyyəti müəyyənləşdirilməmiş Ukrayna Silahlı Qüvvələri (UAF) hərbçisinin dəfni həyata keçirilir.
Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya təhlükəsizlik orqanlarındakı mənbələr məlumat verib.
Bildirilir ki, qəbirstanlıq Dnepropetrovsk vilayəti yaxınlığında yerləşir və burada əsasən şəxsiyyəti məlum olmayan hərbçilər basdırılır.
Mənbənin sözlərinə görə, bəzi günlərdə dəfn olunanların sayı 20 nəfərə qədər çatır.
Bundan əvvəl, avqust ayında ukraynalı bloger Anatoli Şariy iddia etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsiyyəti müəyyən edilməyən əsgərləri yaxınlarına kompensasiya ödənilməməsi üçün “naməlum” statusu ilə dəfn edilir. O, bu məzarlar arasında itkin düşmüş hərbçilərin də ola biləcəyini bildirib.
Aynur






