300 illik rekord: Dünyanın ən hündür pravoslav kilsəsi AÇILDI

300 illik rekord: Dünyanın ən hündür pravoslav kilsəsi AÇILDI
Kateqoriya məlum deyil
T

Tikintisi 15 il çəkən Rumıniya Milli Katedrali (Milli Qurtuluş Kilsəsi) Buxarestin mərkəzində qapılarını ictimaiyyətə açıb. Açılışdan cəmi bir həftə keçməsinə baxmayaraq, içəri girmək üçün növbə beş saat çəkir.

 

Sfera.az bildirir ki, qızılı günbəzli 127 metr hündürlüyündə tikili Müdafiə Nazirliyinin və Parlament Sarayının yanında yerləşir və şəhərin üzərində ucalır. Kilsənin möhtəşəm açılışı minlərlə insanı - zəvvarları, ruhaniləri və rəsmiləri cəlb edib.

 

Kilsənin tikintisinə 300 milyon avrodan çox pul xərclənib ki, bunun da böyük hissəsi Rumıniya vətəndaşlarının ödədiyi vergilərdən əldə edilib.

 

Tikinti 15 il davam edib.


Təxminən 5000 nəfər, ön meydanda isə 23000-dən çox insan yerləşə bilər.

 

Kilsənin təkcə hündürlüyü ilə deyil, həm də monumental interyeri ilə diqqət çəkir. Dünyanın ən böyük ikonostazı, ən böyük sərbəst asılmış zəngi və ən geniş mozaika kolleksiyası var. Mozaikalar gün ərzində işıq dəyişdikcə dinamizm hissi yaratmaq üçün nəzərdə tutulub.

 

Dini binalar üçün ənənəvi olan əsas otaqlara əlavə olaraq, kilsədə konsert zalları və hətta nüvə partlayışı sığınacağı da var.

 

Qeyd edək ki, kilsə, təxminən 300 ildir dünyanın ən hündür pravoslav binası adını daşıyan Sankt-Peterburqdakı Peter və Pavel Katedralını geridə qoyub. 122,5 metr hündürlüyündə olan bu kilsə Buxarestdəki kilsədən 4,5 metr qısadır.

 

Analitiklər hesab edirlər ki, kilsə təkcə milli əhəmiyyət kəsb etmir, həm də yumşaq güc tətbiqidir. Rumıniya regionda mənəvi təsirini gücləndirən Rusiyaya özünün kim olduğunu nümayiş etdirir.

 

Nə Kremlin, nə də Rus Pravoslav Kilsəsinin rəsmi olaraq tədbirlə bağlı şərh verməməsi, lakin xəbərin Rusiyada şübhə doğurması diqqət çəkir.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR