“Şaman” adı altında Avropanı aldadan qadın: 12 milyon avro dələduzluq

"Şaman" adı altında Avropanı aldadan qadın: 12 milyon avro dələduzluq
Kateqoriya məlum deyil
T

Avropada özünü “şaman” kimi təqdim edən Amela adlı qadın on milyonlarla avroluq fırıldaqla gündəmə gəlib. O, qurbanlarını qara cadu və ailə lənətləri ilə mübarizə bəhanəsi ilə aldataraq pul, qızıl, zinət əşyaları və hətta avtomobillər əldə edib.

 

Sfera.az Avstriya polisi ekstrasensor qavrayış adı altında aparılan genişmiqyaslı fırıldaqçılığı ifşa edib. 40 yaşlı Marijana M., əvvəllər Almaniya və İsveçrədə dəfələrlə fırıldaqçılıqla bağlı həbs olunub. Azadlığa çıxdıqdan sonra isə Vyanada eyni sxemi təkrar edib.

 

Polis onun ailə üzvlərinin – oğlu, gəlini və keçmiş ərinin – fırıldaqda iştirak etdiyini müəyyən edib. Onların Vyana yaxınlığındakı evində 14 lüks avtomobil, 25 kiloqram qızıl, nağd pul və zərgərlik əşyaları tapılıb. Bir qurban təxminən 730.000 avro itirib, ümumi ziyan isə 12 milyon avrodan çoxdur.

 

Amela və ailəsi ifşa edildikdən sonra itkin düşüb. Avstriya rəsmiləri onun Balkan ölkələrindən birinə qaçmış ola biləcəyini bildirir. KİV onun hekayəsini “Avropanın ən böyük mənəvi fırıldağı” adlandırıb.

 

Aysel

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR