Bu kənddə 600 ildir yeni ev tikilməyib

İngiltərənin Kastl Komb (Qala Kənd) kəndində 356 nəfər yaşayır. Bu açıqca kimi mükəmməl kənddə 600 ildir yeni ev tikilməyib. Kəndin orijinallığını qorumaq üçün səylər davam edir.
Sfera.az bildirir ki, bu kənddə məskunlaşma 1086-cı ilə gedib çıxır. Kəndə adını verən qala 12-ci əsrdə inşa edilib. Nağıl kitablarında görünən şəkilləri xatırladan bu kənddə 600 ildir yeni ev tikilməyib.
İngiltərənin ən gözəl kəndlərindən biri olan Kastl Komb, sanki bir nağıl kitabından çıxmış kimidir. Cəmi 356 əhalisi olan kənd tez-tez "Birləşmiş Krallığın Ən Yaxşı Şəhərləri" siyahılarında yer alır. Şokolad qutularının üzərindəki şəkillərə bənzədiyi üçün"Şokolad Qutusu Kəndi" adlandırılır.
Şəhər sakinləri təxminən 600 illik evlərin orijinallığını qorumaq üçün səylə çalışırlar.
Kəndə adını verən qalanın 12-ci əsrə qədər tikilmədiyi bildirilir. Kastl Komb ziyarətçiləri səyahət saytlarında ona "açıqcaya bənzər" şərhlərini veriblər.
Bir turist: "Zamanın içində qalan ən sevdiyim şəhərlərdən biridir. Çox dinc və gözəldir" - yazıb.
"Bal rəngli daş evləri və günəş işığında parıldayan dolama küçələri, ziyarətdən uzun müddət sonra yaddaşlarda qalan mənzərəli bir cazibə yaradır”.
Aynil






