Məşhur qüllə UÇDU: Dağıntılar altında qalanlar var

Məşhur qüllə UÇDU: Dağıntılar altında qalanlar var
Kateqoriya məlum deyil
T

Romanın İmperator Forumundakı “Largo Corrado Ricci” meydanında yerləşən 29 metrlik “Torre dei Conti” qülləsi bu gün bərpa işləri zamanı qismən çöküb.

 

Dağıntılar altından bir neçə işçi xilas edilib. Şahidlər güclü səs eşitdiklərini və toz buludlarının qalxdığını bildiriblər.

 

Sfera.az-ın məlumatına görə, “Torre dei Conti” qülləsində bir neçə saat ərzində iki dəfə uçqun baş verib.

 

Çökmədən sonra qüllə üzərində işləyən işçilər içəridə qalıb.

 

Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Bütün bərpa işləri dayandırılıb, bina dronlar vasitəsilə yoxlanılır.

 

İlkin ehtimala görə, birinci uçqun 1930-cu illərdə tikilmiş dayaq konstruksiyasının sıradan çıxması nəticəsində baş verib. İkinci uçqunun isə daxili çardaq hissəsində yarandığı güman olunur.

 

Hadisə yerinə polis, bələdiyyə polisi, mülki müdafiə və sənaye qəzaları üzrə ixtisaslaşmış məhkəmə polisinin əməkdaşları cəlb olunub.

 

 Roma Prokurorluğu səhlənkarlıq nəticəsində xəsarət yetirilməsi faktı üzrə istintaq başladıb.

 

Qeyd edək ki, “Torre dei Conti” qülləsi XIII əsrdə Papa III İnnokenti tərəfindən ailəsi üçün yaşayış yeri kimi inşa edilib. 1349-cu ildə baş verən zəlzələ qülləyə ciddi ziyan vurub və XVII əsrdə onun qismən dağılmasına səbəb olub.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR