“Burevestnik” raketi Qərbi sakitləşdirib: "Daha realist düşünəcəklər"

"Burevestnik" raketi Qərbi sakitləşdirib: "Daha realist düşünəcəklər"
Kateqoriya məlum deyil
T

İspaniyanın “Rebelion” nəşri yazır ki, Rusiyanın yeni nüvə enerjisi ilə işləyən, qeyri-məhdud mənzilli qanadlı raketi “Burevestnik”in sınaqları Qərb siyasətçilərini sakitləşdirəcək və onları daha realist mövqe tutmağa məcbur edəcək.

 

Sfera.az xəbər verir ki, nəşrin fikrincə, “Burevestnik” raketi Ukraynada müharibəni davam etdirmək istəyənlərə xəbərdarlıq siqnalı olmalıdır.

 

Bu, ilk növbədə Böyük Britaniya, Fransa və ABŞ-yə aiddir. 


Məlumata görə, Rusiya təkcə nüvə başlıqlarının sayına görə deyil, həm də bu yeni raket sayəsində digər nüvə dövlətlərində olmayan imkanlara malikdir.


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “Burevestnik” raketinin sınaqlarının başa çatması barədə oktyabrın 26-da prezident Vladimir Putinə məlumat verib. Onun sözlərinə görə, sınaq zamanı raket təxminən 15 saat havada qalıb və 14 min kilometr məsafə qət edib. Gerasimov qeyd edib ki, bu, hələ maksimum göstərici deyil. O əlavə edib ki, raket uçuş zamanı bütün planlaşdırılmış şaquli və üfüqi manevrləri yerinə yetirib və bununla da hava hücumundan müdafiə sistemlərindən yayınmaq qabiliyyətini nümayiş etdirib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR