“İranın hazırda nüvə potensialı yoxdur” - Tramp

"İranın hazırda nüvə potensialı yoxdur" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın hazırda nüvə potensialına malik olmadığını bildirib.


“Xeyr, onların nüvə imkanları yoxdur”, – deyə Amerika lideri bildirib. 


Sfera.az xəbər verir, o, bunları “CBS News”telekanalına müsahibəsində qeyd edib.


Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, İslam Respublikası uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir və raket proqramının gələcəyi ilə bağlı danışıqları istisna edir.

 

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aradan 24 saat keçdikdən sonra İran cavab hücumu həyata keçirib. Münaqişənin gərginləşməsindən 9 gün sonra ABŞ İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.


Buna cavab olaraq İran iyunun 23-də axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Qətərdəki “Əl-Udeyd” aviabazasına hücum edib. Hadisələrin ardınca Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. 


Qeyd edək ki, atəşkəs iyunun 24-də qüvvəyə minib.


Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR